Bu əməliyyatların gedişatını dəyişməyəcək..?

Bu əməliyyatların gedişatını dəyişməyəcək..?

Dövlət Departamentinin sözçüsü Metyu Miller “F-16”-ların Kiyevə çatdırılmasını ABŞ üçün prioritet adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti məlumat yayıb. Onun sözlərinə görə, tədarük planının icrasına yaxın aylarda başlanacaq.

Qeyd edək ki, bundan əvvəl Pentaqon Kiyevə çatdırıla biləcək “F-16” qırıcılarının Ukraynada yerləşəcəyini bildirmişdi.

ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall, qırıcıların çatdırılmasının hərbi əməliyyatların gedişatını Kiyevin xeyrinə kökündən dəyişməyəcəyini bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə