“Baxmutun ələ keçirilməsinin heç bir strateji əhəmiyyəti yoxdur...”

“Vyerstka”: Baxmut uğrunda döyüşlərdə “Vaqner”çilər 500-dən çox insan itirib..?
“Baxmutun ələ keçirilməsinin heç bir strateji əhəmiyyəti yoxdur...”

Baxmut uğrunda döyüşlərdə “Vaqner” PMC 500-dən çox insanı itirdi. Əslində bunu da real itkilər kimi qəbul etmək də düzgün olmaz, çünki itkilərin sayı daha çoxdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Vaqner” üçün ən qanlı qış ayları olub.

Bu arada “Vyerstka” nəşri “Vaqner” muzdlularının qohumlarının söhbətlərindəki mesajları təhlil edərək qrupun ən çox hansı vaxt intervallarında itki verdiyini müəyyənləşdirib.

Jurnalistlər bu məlumatı Amerika Müharibənin Tədqiqi İnstitutunun hesabatları ilə də müqayisə edib, şəhər uğrunda döyüşlərin gedişatını bərpa edib və muzdlular üçün hansı hərbi əməliyyatların ən qanlı olduğunu müəyyən ediblər.

“Vyerstka”nın məlumatına görə, ötən ilin dekabrında “Vaqner”in sıralarında ölüm hallarının artması müşahidə olunub. Belə ki, “Vaqner”in tərkibində döyüşənlərin qohumlarının dediklərinə görə, ötən ilin dekabrında ölülərinin sayı noyabr ayı ilə müqayisədə iki yarım dəfə artıq olub.

“Vyerstka” iddia edir ki, yanvar ayında qohumların hesabatlarına əsasən, “Vaqner”in tərkibində ölənlərin ümumi sayı dekabr ayı ilə müqayisədə üç dəfədən çox olub.

Maraqlıdır ki, bu gün həm ukraynalı, həm də qərbli analitiklər, eləcə də “Vaqner”in yaradıcısı Yevgeni Priqojinin şəhərin ələ keçirilməsinin heç bir strateji əhəmiyyət kəsb etmədiyini bildirirlər.

Çünki şəhərin qərbində Ukrayna ordusunun yeni müdafiə xətləri var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə