Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi məlumat yayıb. Məlumata görə, zəlzələ Türkiyə vaxtı ilə saat 19:42-də Adananın Saimbəyli rayonunda baş verib.
Saat 19:02-də isə Kahramanmaraşın Goksun rayonunda 4,7 bal gücündə zəlzələ olub.
Zəlzələlərin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB