Onlar orada son nəfərinə kimi öləcəklər

Jdanov "Vaqner"in Baxmutdan niyə ayrılmayacağını izah etdi
Onlar orada son nəfərinə kimi öləcəklər

"Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin mayın 25-də Baxmutu tərk edəcəkləri barədə açıqlamalarına baxmayaraq, vaqnerlilər oradan çıxa bilməyəcəklər.

Bunu deyən hərbi ekspert Oleq Jdanov, Priqojinin Rusiya hərbi rəhbərliyi ilə münaqişəsi səbəbindən onların şəhəri tərk etməsinə icazə verilməyəcəyini bildirib.

...Biz uğurlu əks-hücumlar keçiririk, uğurumuz da var, Hazırda onu Baxmutun şimalında və cənubunda falankslarda inkişaf etdiririk. Yeri gəlmişkən, Baxmutda cənub kənarı artıq tamamilə kəsilib. Müntəzəm hücumun nəticəsi olaraq rusların mühasirəyə alınma təhlükəsi var. Müdafiə nazirinin müavini Anna Malyar, artıq Baxmutun Ukrayna Silahlı Qüvvələri tərəfindən mühasirəyə alınması təhlükəsi olduğunu bildirib. Priqojinin ordusunun qalıqlarını geri çəkməyə niyə bu qədər tələsdiyinin izahı da buradadır.

SİA-nın əldə etdiyi məlumata görə, bunları bildirən Oleq Jdanov Rusiya Baş Qərargahı və Rusiya Federasiyasının Müdafiə Nazirliyinin “Vaqner” PMC-nin Baxmutu tərk etməsinə icazə verməyəcəyinə əmindir.

Jdanova görə, xüsusilə Baş Qərargahın rəhbəri Valeri Gerasimov buna imkan verməyəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə