Zaxarova Varşavanın iddialarına reaksiya verib

Zaxarova Varşavanın iddialarına reaksiya verib

Polşa polşalı əsgərlər tərəfindən işgəncələrə məruz qalaraq öldürülən rus kəndlisi İvan Susaninə görə ərazisinin yarısını Rusiyaya verməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa XİN rəhbərinin müavini Arkadiuş Mulyarçikin SSRİ-yə ünvanladığı iddialara cavab olaraq deyib.

Qeyd edək ki, Mulyarçik, bir müddət bundan əvvəl Varşavanın İkinci Dünya Müharibəsi zamanı və ondan sonra SSRİ-nin polyaklara vurduğu zərəri hesablamağa başladığını əvvəl bildirmişdi.

“...Mən yalnız Susaninə Polşanın yarısını tələb etməyi təklif edirəm. Mən savadsızlara SSRİ-nin Varşavanın faşistlərdən azad edilməsinə və İkinci Dünya Müharibəsindən sonra Polşa dövlətinin bərpasına verdiyi töhfəni xatırladıram”.

Bunu Zaxarova Telegram kanalında yazıb.

Onun dediyinə görə, Kostroma kəndlisi İvan Susanin Rusiyanın milli qəhrəmanıdır. 1609-1618-ci illər Rusiya-Polşa müharibəsi zamanı o, düşmən dəstəsinə gənc çar Mixail Romanovun və onun anası rahibə Martanın polyakların işgəncəsinə məruz qaldığı yeri vermədi. O, Polşa əsgərlərinə çara gedən yolu göstərməyə razı oldu, lakin onları keçilməz bataqlıqlara apardı, bundan sonra onlar tərəfindən edam edildi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə