İyulun 20-dək Volqoqradın Mərkəzi Məhkəməsi məscidin yaxınlığında Quran yandırdıqdan sonra dindarların hisslərini təhqir etməkdə şübhəli bilinən yerli sakini həbs edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.
Bu gün səhər saatlarında Nikita Juravel barəsində həbs qətimkan tədbiri seçilmək üçün Volqoqradın Mərkəzi Rayon Məhkəməsinə aparılıb. Məhkəmə həmin şəxsin iki ay müddətinə, iyulun 20-dək həbs edilməsinə qərar verib.
Xatırladaq ki, şənbə günü Volqoqradda hüquq-mühafizə orqanlarının əməkdaşları məscidin qarşısında Quran yandırdığına görə yerli sakini saxlayıblar. Rusiya Federasiyasının İstintaq Komitəsində qeyd edildiyi kimi, şübhəli Nikita Juravel bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə 10 min rubl qarşılığında etdiyini etiraf edib. Bu faktla bağlı dindarların hisslərinin təhqir olunması ilə bağlı cinayət işi açılıb. İş Rusiya İstintaq Komitəsinin Çeçenistan Respublikası üzrə istintaq idarəsinə verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB