Rusiyalı iqtisadçı ABŞ-da deflotun olmayacağını deyir

Maraqlıdır, Beynəlxalq Valyuta Fondu niyə ABŞ-ı defoltdan xilas etmək istəmir?
Rusiyalı iqtisadçı ABŞ-da deflotun olmayacağını deyir

Beynəlxalq Valyuta Fondu ABŞ-ı geniş müzakirə olunan defoltdan xilas etməyəcək. Məsələ bundadır ki, Vaşinqtonun özü bu problemlə adi şəkildə məşğul ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə MDB Ölkələri İnstitutunun aparıcı elmi işçisi, iqtisadçı Aleksandr Dudçak bildirib.

Deməli, rusiyalı iqtisadçı ekspertin ddediyinə görə, Beynəlxalq Valyuta Fondunun ABŞ-a kömək etmək üçün elə də bir resursları yoxdur. Dudçakın fikrincə, bu gün Beynəlxalq Valyuta Fondu Amerika siyasətinin dünyanın qalan hissəsində həyata keçirilməsi üçün adi bir alətdir.

Bundan əlavə, ABŞ-da bu məsələyə Federal Ehtiyat Sistemi və İqtisadiyyat Departamenti, həmçinin Konqres və Senat qərar verə bilər.

Maraqlısı bilirsiniz nədir? Məsələn, rusiyalı iqtisadçının ABŞ-da defoltun baş verməyəcəyinə əminlik bildirməsi. . Onun sözlərinə görə, ölkə hakimiyyəti sadəcə olaraq dövlət borcunun limitini növbəti dəfə artıracaq.

Onun dediyinə görə, Respublikaçılar və Demokratlar bu barədə artıq razılığa da gəliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə