Andrey Yusov Belqorod vilayətində əməliyyat keçirdiyini etiraf edib

Andrey Yusov Belqorod vilayətində əməliyyat keçirdiyini etiraf edib

Bu arada Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov, “Ukrayna Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupunun vilayətin Qrayvoron şəhər dairəsi ərazisinə daxil olduğunu təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, mayın 22-də səhər saatlarında Ukrayna tərəfində döyüşən könüllülərdən ibarət “Rusiya Azadlığı Legionu”nun Belqorod vilayətinə daxil olduğu təsdiqlənib.

Maraqlıdır ki, Rusiya hakimiyyəti bir neçə saat Belqorod vilayətində “Rusiya Azadlıq Legionu”nun təxribatını təsdiqləməsə də, sonradan bunu etiraf etmiş olublar.

“Biz irəliləyirik. Rusiya azad olacaq!”

Qeyd edək ki, “Rusiya Azadlığı Legionu”nun əsas şüarlarından biri budur.

O da maraqlıdır ki, sonradan “Rusiya Azadlığı Legionu”nun Belqorod vilayətinə daxil olduğunu təsdiqləyən rusiyalı rəsmilər teleqram kanalları vasitəsilə “Ukrayna tanklarının Belqorod vilayətindəki Qrayvoron keçid məntəqəsinin ərazisinə guya daxil olmasının” videosunu dərc ediblər.

Yerli sakinlər partlayış və atəş səsləri eşitdiklərini bildiriblər. Bu arada “Baza” xəbər verir ki, “diversiya qrupu” ilə döyüş Belqorod vilayətinin Qlotovo, Kozinka və Qora-Podol yaşayış məntəqələri yaxınlığında aparıldığını yazıb.

Digər rusiyayönlü teleqram kanalı, qrup üzvlərinin bir neçə tankın dəstəyi ilə Kozinkaya doğru yürüş etdiyini və oradan da Qlotovoya doğru irəliləməyə cəhd etdiklərini yazır. Onun sözlərinə görə, piyada təxribat qrupları artıq Qora-Podil kəndinə çatıblar. Yerli sakinlər rus sərhədçilərinə kömək üçün helikopterlərin və zirehli texnikanın göndərildiyini bildiriblər.

Yeri gəlmişkən, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Ukraynanın “Suspilna” kanalına “Rusiya Azadlığı Legionu” və “Rusiya Könüllülər Korpusu” nun həqiqətən də Belqorod vilayətində əməliyyat keçirdiyini etiraf edib.

Onun dediyinə görə, bu Ukraynanın mülki əhalisini qorumaq üçün müəyyən təhlükəsizlik zonası yaratmaq məqsədilə düşməni geri itələmək məqsədi daşıyır.

Onu da qeyd edək ki, ukraynalı rəsmi, Rusiya vətəndaşlarının yalnız Belqorod vilayətinə daxil olduqlarını da gizlətməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə