İranın Təhlükəsizlik Şurasına yeni katib təyin edildi

İranın Təhlükəsizlik Şurasına yeni katib təyin edildi

İranın Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin olunub. SİA “Tasnim” agentliyinə istinadən xəbər verir ki, ölkə Prezidenti İbrahim Rəisi bununla bağlı sərəncam imzalayıb.

Məlumata görə, bu vəzifəyə Əli Əkbər Əhmədiyan təyin edilib. O bu postda Əli Şahmanini əvəz edəcək.

Agentlik yazır ki, Əhmədiyan 2006-cı ildən İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) strateji mərkəzinə rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə