Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Gürcüstan Hava Yolları” aviaşirkətinin direktoru Tamaz Qayaşvili bildirib ki, Gürcüstan prezidenti Zurabişvilinin şirkətin təyyarələri ilə səyahətinə qadağa qoyulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Gürcüstan Hava Yolları” aviaşirkəti Gürcüstan prezidenti Salome Zurabişvilinin aviaşirkətin Moskva ilə birbaşa uçuşlara başlamaq qərarını boykot etməsinə “uçuş” qadağası tətbiq etməklə reaksiya verib.
Qayaşvili, Gürcüstan prezidentinin milli aviaşirkəti boykot etdiyini açıqlayıb və bildirib ki, gürcü xalqından üzr istəməyincə təyyarələrə minməsinə icazə verilməyəcək.
Qayaşvili Gürcüstan prezidentini tənqid edərək, Zurabişvilinin mövqeyini və hərəkətlərini “xəyanətkar” adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB