Ərdoğan mərasimdəki çıxışında xəstəxananın 22 maydan xəstələri qəbul etməyə başlayacağını bildirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda Defne Dövlət Xəstəxanasının açılışını edib.
Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərdən ən çox zərər görən Hatayda təməli martın 24-də atılan 300 çarpayılıq Defne Dövlət Xəstəxanası ölkə prezidenti R.T.Ərdoğanın iştirak etdiyi mərasimlə istifadəyə verilib.
SİA-nın əldə etdiyi məlumata görə, Ərdoğan mərasimdəki çıxışında xəstəxananın 22 maydan xəstələri qəbul etməyə başlayacağını bildirib.
Əvvəlcədən söylənildiyi kimi, 60 gündə tamamlanan xəstəxana 300 çarpayı, 80 reanimasiya çarpayısı və 12 əməliyyat otağı ilə xidmət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB