...Səlahiyyətlilər dövlət borcunun yuxarı həddinin artırılması məsələsini həll etməsə, Birləşmiş Ştatlar iyunun 15-dək “dayanmaya” bilər. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
“Mənim qiymətləndirməm budur ki, iyunun 15-nə çatmaq, bütün borclarımızı ödəyə bilmək şansı olduqca aşağıdır” - deyə maliyyə naziri bildirib.
Yellen qeyd edib ki, 15 iyundan etibarən ciddi vergi ödənişləri gözlənilir, lakin bu tarixə qədər ölkədə kifayət qədər pul olmaya bilər. Nazir vurğulayıb ki, dövlət borcunun tavanının artırılması üçün “çətin” son müddət iyunun 1-dir.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Xirosimada keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında ölkədə defoltun baş verəcəyini istisna etməyib. Amerika liderinin sözlərinə görə, o, respublikaçıların “defoltu təhrik etməyəcəyinə” zəmanət verə bilməz.
Onu da qeyd edək ki, Bayden artıq bir neçə dəfə ABŞ-ın 31 trilyon dolları ötdüyü milli borc tavanını artırmaq üçün Konqreslə danışıqlar aparmağa cəhd göstərib. Əgər konsensusa nail olmaq mümkün olmasa, iyunun 1-də ölkədə defolt baş verə bilər. 2024-cü ildə isə ABŞ-ın dövlət borcunun səviyyəsi ÜDM-in 125,8 faizinə qədər yüksələ bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB