Bu arada Çeçenistan lideri Ramzan Kadırov ona qarşı sui-qəsd olduğunu açıqlayıb. O, buna görə Qərbin və Ukraynanın xüsusi xidmət orqanlarını günahlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
Çeçenistan rəhbəri, özünün dediyinə görə,(?) təslim olmur və hücumlar xəbərini sakitliklə qarşılayıb. Siyasətçi əmindir ki, bu cəhdlər uğur qazanmaq üçün nəzərdə tutulmayıb. Rusiyanı isə qeyd-şərtsiz qələbə gözləyir.
“Hər halda, bu, onların istədikləri olmayacaq”-deyə Çeçenistan rəhbəri bəyan edib.
Rusiya saytlarının yazdığına görə, bu gün xarici müşahidəçilərin fikrincə, Avropa ölkələri, Ukrayna münaqişəsinin bitməsini səbirsizliklə gözləyirlər. Mübahisələrin sülh yolu ilə həlli Qərbə Moskva ilə qarşılıqlı fəaliyyət üçün əlverişli şərtləri qaytarmağa imkan verəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB