“Baxmut Rusiya tərəfindən işğal edilməyib”, V.Zelenski

V.Zelenski Yaponiyanın Xirosima şəhərində G7 Sammiti zamanı təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib...
“Baxmut Rusiya tərəfindən işğal edilməyib”, V.Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Donetsk vilayətinin Baxmut şəhərinin Rusiya Federasiyasının işğalı altında olmadığını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

V.Zelenski Yaponiyanın Xirosima şəhərində G7 Sammiti zamanı təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib: “Baxmut bu günə kimi Rusiya Federasiyası tərəfindən işğal edilməyib. Sahədə strategiyaları paylaşmayacağıq. Hal-hazırda Rusiya bizi işğal edə bilməz, bu müharibədə qalib gələ bilməz”.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi “Vaqner” hərbi qüvvələrinin ordunun dəstəyi ilə Baxmutu ələ keçirdiyini açıqlayıb.

ABŞ mediası da Baxmutun ruslar tərəfindən tutulduğunu təsdiqləyib. Amma Ukrayna Prezident Administrasiyası bunun belə olmadığını bildirir. Mətbuat katibi Sergey Nikiforov feysbuk səhifəsində Qərb jurnalistlərinin məlumatını təkzib edib. Onun sözlərinə görə, Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə söhbəti zamanı Baxmutun ruslar tərəfindən tutulmasını inkar edib.

“Reuters”in məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşündə ukraynalı əsgərlərin Baxmut şəhəri üzərində nəzarəti itirdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə