Kişinyovda Avropa İttifaqına inteqrasiya üçün böyük mitinq keçirilib
Bazar günü on minlərlə insan Moldovanın paytaxtı Kişinyovda mitinq keçirərək Avropa İttifaqı ilə daha sıx əlaqələri dəstəkləyiblər. Polisin hesablamalarına görə, aksiyada 75 minə yaxın insan iştirak edib.
Qeyd edək ki, Prezident Maia Sandunun təşəbbüsü və hökumət tərəfindən təşkil edilən tədbir müxalifət tərəfindən boykot edilib. Bundan əlavə, mitinq prezidentyönlü Fəaliyyət və Həmrəylik partiyasının seçki təzahürü kimi tənqid edilib,
SİA-nın əldə etdiyi məlumata görə, bunu Azadlıq Radiosunun Moldova Xidməti xəbər verir.
Avropa Parlamentinin sədri Roberta Metsolanın da iştirak etdiyi aksiya Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammiti ərəfəsində təşkil olunub. Qeyd olunur ki, bu görüşdə Maia Sandu Moldovanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların tez başlaması üçün dəstək almağı planlaşdırır.
Qeyd edək ki, prezident Sandu mayın 21-də çıxışında aksiyanın moldovalıların Avropa İttifaqı ilə inteqrasiya istəyini nümayiş etdirmək məqsədi daşıdığını bildirib.
Çıxışında bir neçə dəfə Ukraynadakı müharibəni xatırladan Maya Sandu, qonşu ölkənin müdafiəsinə böyük töhfə verə bilməsə belə, Kiyevi dəstəklədiyini təsdiqləyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB