“Əl-Qaidə” lideri həbs olundu

“Əl-Qaidə” lideri həbs olundu

Livan ordusu paytaxt Tripolinin şimal-şərqində yerləşən Deir Ammar şəhərində “Əl-Qaidə” terror təşkilatının liderini həbs edib. SİA bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, Livan ordusu “Əl-Qaidə”nin ən görkəmli liderlərindən biri olan “TM” kod adı ilə tanınan terrorçunu ələ keçirib.

Qeyd edək ki, “TM” Livanda fəaliyyət göstərən “Fəth əl-İslam” terror təşkilatının yaradılmasında əsas rol oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə