Balkan ölkələrində səsvermə prosesi başlayıb

Balkan ölkələrində səsvermə prosesi başlayıb

Balkan regionu ölkələrində mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb. SİA xəbər verir ki, Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Şimali Makedoniyada, Albaniya və Kosovoda yaşayan Türkiyə vətəndaşları mayın 22-dək səs verə biləcəklər. Səsvermə prosesi başa çatdıqdan sonra səslər Yüksək Seçim Qurumunun müəyyən etdiyi qaydalara uyğun diplomatik kuryerlər vasitəsilə Türkiyəyə göndəriləcək.

Qeyd edək ki, Bosniya və Herseqovinada 2946, Serbiyada 2311, Monteneqroda 1704, Şimali Makedoniyada 4107, Albaniyada 1416 və Kosovoda isə 2192 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə