Ukrayna prezidentinin Ofisinin rəhbəri müşavirə təşəkkür etdi

Ukrayna prezidentinin Ofisinin rəhbəri müşavirə təşəkkür etdi

Ukrayna prezidentinin Ofisinin rəhbəri Andrey Yermak Yaponiyada milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüb və ölkəyə F-16 qırıcılarının verilməsinə verdiyi dəstəyə görə təşəkkür edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yermak özünün Telegram kanalında bildirib.

“Biz döyüşçülərin koalisiyası, prezident Zelenskinin sülh formulundan danışdıq. Mən Ceykə Ukraynaya F-16-ların verilməsini dəstəklədiyinə, eləcə də Ukraynaya yardımda göstərdiyi operativliyə və səmimiyyətinə görə təşəkkür etdim”, - deyə Yermak bildirib.

Siyasətçinin sözlərinə görə, uzun müddətdir ki, o və Sallivan Ukraynanın müdafiə qabiliyyəti sahəsində çox sayda mühüm məsələləri həll ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə