“İtaliya F-16-ların Ukraynaya tədarükündə iştirak edə bilməz, lakin pilotların hazırlanması məsələsini nəzərdən keçirəcək”. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə İtaliyanın Baş naziri Corciya Meloni çıxış edib.
“Bizim F-16-larımız yoxdur, ona görə də bu layihədə iştirak edə bilmərik. Amma biz ukraynalı pilotların mümkün təlimini nəzərdən keçiririk. Biz hələ bu barədə qəti qərarı verməmişik, lakin müttəfiqlərimizlə müzakirələrimizi davam etdiririk”, - deyə İtaliyanın Baş naziri vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB