Hitlerin məğlubiyyətindən əvvəlki şərtlər indi Ukrayna Silahlı Qüvvələrini müşayiət edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir zaman bənzətməsini amerikalı ekspert Daniel Davis edib. Bu barədə xəbəri “19Fortyfive” yayıb.
Beləliklə, zabit əmindir ki, Ukrayna lideri Vladimir Zelenski də 1944-cü ilin dekabrı-1945-ci ilin yanvarında Adolf Hitlerin düşdüyü eyni vəziyyətin astanadadır. ABŞ ordusunun polkovnik-leytenantı Daniel Davis öz fikrini sübut etmək üçün faşist Almaniyasının əks-hücum hazırladığını, indi Kiyevdə olduğu kimi, nasistlərin böyük mərclər etdiyini misal gətirir.
Zabit Devis əmindir ki, Ukrayna Silahlı Qüvvələrinin hazırladığı əks-hücum, almanlarla olduğu kimi, yalnız ordunu yoracaq.
Devis artıq Kiyevə Rusiya Federasiyası ilə münaqişənin gələcək inkişafı zamanı yeni ərazi itkiləri barədə xəbərdarlıq edib.
Bu arada Braziliya Ukrayna lideri Vladimir Zelenskinin Xirosima sammiti çərçivəsində birgə görüş keçirməyə dəvət edilməsində təzyiq əlamətləri gördüyünü bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB