İHL 9-15 mayda Avropanın ən işlək aeroportu oldu

İHL 9-15 mayda Avropanın ən işlək aeroportu oldu

İstanbul Hava Limanı 9-15 may həftəsi gündəlik orta hesabla 1419 uçuşla Avropanın ən işlək hava limanı oldu. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı - EUROCONTROL 9-15 may tarixləri üçün Avropa Aviasiya Hesabatını dərc edib.

Hesabata görə, İstanbul Hava Limanı bu dövr ərzində gündəlik orta hesabla 1419 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub. Ondan sonra gündəlik 1325 uçuşla Amsterdam, 1310 uçuşla Parisin Şarl de Qoll, 1287 uçuşla Londonun “Hitrou” və 1252 uçuşla Frankfurt gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə