“Al Jazeera” telekanalı xəbər verir ki...
Sudan ordusu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında davam edən döyüşlər nəticəsində indiyədək azı 850 dinc sakin həlak olub, 3400-ə yaxın insan yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, “Al Jazeera” telekanalı xəbər verir ki, bu barədə Sudan Həkimləri Həmkarlar İttifaqı məlumat yayıb.
Həlak olan və yaralananların dəqiq sayı bundan xeyli çox ola bilər. Belə ki, həmkarlar ittifaqının nümayəndələri əsasən paytaxtdan kənarda yerləşən xəstəxanaların çoxuna gedə və insan itkiləri ilə bağlı bütün məlumatları toplaya bilmirlər.
Hazırda paytaxt Xartum və bəzi əyalətlərdə hərbi əməliyyatlar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB