Novoçerkassk qarnizonu hərbi məhkəməsi müqaviləli əsgər Sergey Uspenskini Kalaşnikov avtomatını itirməkdə təqsirli bilib.
SİA-nın əldə etdiyi məlumata görə, hərbçi yeddi ilədək həbs cəzası ilə hədələnsə də, lakin sonradan ona iki il sınaq müddəti verib.
Qeyd edək ki, məhkəmə onun Ukraynaya qarşı müharibədə və 1999-cu ildə Priştinaya (Kosovanın paytaxtı-A.B.) məcburi yürüşdə iştirakını qeyd edib.
Xatırladaq ki, Priştina 2008-ci ildən Serbiya ilə qismən tanınan Kosovo Respublikası arasında ərazi mübahisəsinin predmetinə çevrilib.
Beləliklə, hökmə əsasən, Uspenski 2022-ci ilin iyul ayından müqavilə ilə orduda xidmət edir. O, bu il yanvarın 2-dən 3-nə keçən gecə sərxoş halda Donbassdakı hərbi hissənin qərargahında olarkən indiyə qədər tapılmayan “Kalaşnikov” avtomatını itirib.
Maraqlıdır ki, təqsirli olduğunu etiraf edən Uspenski, hökm çıxarılana kimi Müdafiə Nazirliyinə 96.000 rubl dəymiş ziyanı da ödəyib.
Buna görə də, (təkcə buna görəmi?) Rusiya məhkəməsi cəzanı yüngülləşdirən hal kimi 1999-cu ildə Kosovoda hava limanının ələ keçirilməsi əməliyyatında hərbçinin iştirak etdiyini və bu əməliyyatın Rusiya eləcə də NATO silahlı qüvvələri arasında qarşıdurmaya səbəb olduğunu nəzərə alıb. Həmçinin Ukrayna ilə müharibədə iştirakı onun üçün yüngülləşdirici hal kimi qəbul edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB