Volqoqrad polisi şəhərdə Quranı yandıranları axtarır

Volqoqrad polisi şəhərdə Quranı yandıranları axtarır

Volqoqradda naməlum şəxslər Quranı yandırıblar, müvafiq video bir neçə teleqram kanalında yayımlanıb. Volqoqrad vilayətinin müftiliyi hadisəni təxribat adlandırıb və polis artıq yoxlamaya başlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə Volqoqradın Povorinskaya küçəsindəki məsciddə həyata keçirilib.

Volqoqrad vilayəti Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin müftisi Kifah Bata Məhəmməd jurnalistlərə Quranın yandırılmasını ölkə daxilində vəziyyəti “parçalamaq” məqsədi daşıyan təxribat adlandırıb.

Müftinin dediyinə görə, “...bizim qoşunlarımız artıq qalib gəlir və bizi daxildə sarsıtmaq üçün nəsə etmək lazımdır. Amma çətin ki, Rusiya daxilində kimsə buna qadirdir”.

Qeyd edək ki, yerli polis yoxlama haqqında məlumat verib. Hazırda təhlükəsizlik qüvvələri indi hadisənin şəraitini müəyyənləşdirir.

Yeri gəlmişkən, Çeçenistan rəhbəri Ramzan Kadırov da bir gün əvvəl bunun Ukraynanın təxribatı olduğunu demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə