"Məqsədimiz oktyabr-noyabr aylarında daimi mənzillərin təhvil verilməsidir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin oktyabr-noyabr aylarında zəlzələ bölgəsində daimi yaşayış yerlərinin təhvil verilməsinə başlanacağını söylədi. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Adıyamandakı K2B Konteyner şəhərində vətəndaşlara xitab edən Ərdoğan deyib: “Fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla 11 rayonda baş verən zəlzələnin ilk günlərində bəzi çatışmazlıqlar olsa da, Adıyamanı da ayağa qaldıra bildik.
Müvəqqəti olaraq başqa şəhərlərə gedən zəlzələ qurbanlarını da tək qoymadıq.
İtirilmiş ruhları geri qaytara bilməsək də, bütün digər itkiləri yerinə qoymağa qərarlıyıq.
Evi yararsız hala düşən son vətəndaşımız yeni evinə qayıdana qədər çalışacağıq. Məqsədimiz oktyabr-noyabr aylarında daimi mənzillərin təhvil verilməsinə başlanılmasıdır.
Kənd evlərinin də tikintisi davam edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB