Bayden və Zelenski arasında görüş barədə xəbərlər təsdiqlənib

Bayden və Zelenski arasında görüş barədə xəbərlər təsdiqlənib

Bazar günü, mayın 21-də ABŞ prezidenti Co Bayden G7 sammitinin keçirildiyi Yaponiyanın Xirosima şəhərində Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcək.

SİA TASS-a istinadən xəbər verir ki, qarşıdan gələn görüşlə bağlı xəbərlər Ağ Evdə təsdiqlənib.

İki liderin təmasları haqqında məlumatlar Baydenin iş cədvəlində yer alıb. “14:15 (Moskva vaxtı ilə 08:15) Prezident Cozef Bayden Ukrayna Prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüşdə iştirak edəcək.

Xatırladaq ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bir müddət əvvəl Zelenskinin Baydenlə sammit çərçivəsində görüşməyi planlaşdırdığını bildirdirmişdi.

O, Ukrayna liderinin şəxsən Xirosimaya səfər edəcəyini də təsdiqləmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə