Əhməd Zakaevin iki qardaşı oğlunu saxlayıblar

Əhməd Zakaevin iki qardaşı oğlunu saxlayıblar

Çeçenistanda yerli hüquq-mühafizə orqanlarının əməkdaşları İçkeriya hökumətinin xaricdə yaşayan başçısı Əhməd Zakaevin iki qardaşı oğlunu saxlayıblar. Hazırda onların harada olduğunu məlum deyil.

SİA-nın əldə etdiyi məlumata görə, söhbət Zakayevin böyük qardaşı Əlinin oğulları - Hüseyn və Bislandan gedir.

Qonşuların dediyinə görə, polisin bir neçə UAZ maşını Zakaevlərin yaşadığı Urus-Martandakı evlərə gəliblər.

Qonşular Zakayevin qardaşı oğlanlarından birini evdən aparıblar. O birisi evdə olmadığından onu sonradan həbs ediblər.

Deyilənlərə görə, onlardan artıq üç gündür ki, səs-soraq yoxdur. Yaxınları onların harda olduğunu öyrənməyə çalışırlar. amma heç yerdə heç nə demirlər

Qeyd edək ki, Əhməd Zakayevin özü Ukraynadadır. O İçkeriya Çeçenistan Respublikası Silahlı Qüvvələrinin Ayrı-ayrı Xüsusi Təyinatlı Batalyonu (OBON) tərkibində Kiyev tərəfində müharibədə iştirak edir.

Yeri gəlmişkən, mayın 13-də bu batalyonun keçmiş döyüşçüsü Hüseyn Cambetovun Qroznıya qayıdıb, Ramzan Kadırov rejimini dəstəklədiyi bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə