Ukraynalılar Belqorod vilayətinə soxulmağa cəhd ediblər?

Ukraynalılar Belqorod vilayətinə soxulmağa cəhd ediblər?

Rusiyanın “Baza”, “Mash” və “Shot” teleqram kanalları şənbə günü günorta saatlarında silahlı qrupun Ukrayna ərazisindən Belqorod vilayətinə keçmək cəhdi barədə məlumat yayıb.

“Baza” iddia edir ki, mayın 19-da axşam saatlarında Kalaşnikov avtomatı, qumbaraatan, snayper tüfəngləri və pulemyotlarla silahlanmış insanlar rus sərhədçiləri ilə atışıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə sərhəddən bir kilometr aralıda, Krasnıy Xutor kəndi yaxınlığında baş verib. Rus tərəfi sərhədçilərin hücumu dəf etdiklərini yazırlar. “Mash”ın məlumatına görə, qrupda 15-dən çox silahlı olub və onlardan 5-10-u yaralanıb.

Bu arada Belqorod vilayətinin operativ qərargahı, təxribat qrupunun Ukrayna ərazisindən yarılması cəhdi barədə məlumatın doğru olmadığını bildirib.

Xatırladaq ki, martın əvvəlində Ukrayna ilə həmsərhəd Bryansk vilayətinin iki kəndinə silahlı şəxslərin hücumu barədə məlum verilmişdi. Həmən vaxt Rusiya hakimiyyəti iki mülki vətəndaşın öldüyünü bildirmişdi. Sonradan “Rusiya Könüllülər Korpusu” məsuliyyəti öz üzərinə götürmüşdü.

Yenə də həmən vaxt Ukrayna hakimiyyətinin nümayəndələri insidenti Rusiyanın daxili münaqişəsi adlandırmışdılar.

Qeyd edək ki, korpus Ukrayna tərəfində döyüşən Rusiya vətəndaşlarından ibarət olmuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə