Ukrayna tərəfi Baxmutun alınmadığını deyir

Ukrayna tərəfi Baxmutun alınmadığını deyir

“Vaqner” PMC-nin lideri Yevgeni Priqojin mayın 20-də günortadan sonra Donetsk vilayətindəki Baxmutun işğalçılar tərəfindən tamamilə ələ keçirildiyini bildirib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Ukrayna Müdafiə Nazirliyi xəbəri təkzib edib.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, hazırda müdafiəçilərimiz ərazidəki bəzi sənaye və infrastruktur obyektlərinə və özəl sektora nəzarət edirlər.

Baxmutda ağır döyüşlər getdiyini etiraf edən nazir müavini vəziyyətin kritik olduğunu da etiraf edib. Onun dediyinə görə, ukraynalı döyüşçülər Litak bölgəsində xətti hələ də saxlayırlar.

Maraqlıdır ki, Baxmutun tam işğalını Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun rəhbəri Sergey Çerevıy da təsdiqləmir.

Qeyd edək ki, o, “Reuters”ə şərhində bunun doğru olmadığını, Ukrayna bölmələrinin Baxmutda döyüşləri davam etdirdiyini deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə