Onu necə deyərlər, “görək kim-kimi tutdu”...

Rusiya Putinin həbsinə order verən prokuroru axtarışa verib
Onu necə deyərlər, “görək kim-kimi tutdu”...

Rusiya Daxili İşlər Nazirliyi Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Əhməd Xanı axtarışa verib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Mediazona” Daxili İşlər Nazirliyinin axtarış bazasına istinadən xəbər verir.

Xatırladaq ki, bu ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanı ukraynalı uşaqları Rusiyaya qanunsuz ixrac etməkdə ittiham edərək həbslərinə order verib.

Qeyd edək ki, məlumat bazası prokurorun fotosunu dərc edib və onun Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olduğunu, hansı maddə ilə bağlı məlumat verilmədiyini bildirib.

Yeri gəlmişkən, əvvəllər də xatırlatdığımız kimi, Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır və onun işində iştirak etmir.

Belə ki, Moskva 2016-cı ildən bəri məhkəmənin hərəkətlərini tənzimləyən Roma Statutunun tərəfi deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə