Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində deyil

Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində deyil

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü, mayın 19-da CNN televiziyasına müsahibəsində Ankaranın Qərb ölkələri kimi Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək fikrində olmadığını deyib.

Türkiyə lideri qeyd edib ki, sanksiyaların tətbiqi üçün iki dövlət arasında yaxşı münasibətlər var və heç bir problem yoxdur. Ona görə də Qərbin timsalında Türkiyə tərəfindən Rusiyaya qarşı hər hansı sanksiya tətbiqindən söhbət getmir.

Ərdoğan Türkiyənin güclü dövlət olduğunu və Rusiya ilə müsbət münasibətlərə malik olduğunu vurğulayıb.

“Rusiya ilə münasibətlərdə heç bir problemimiz yoxdur və biz Qərbdən nümunə götürərək Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə ehtiyac duyacaq vəziyyətdə deyilik. Biz güclü dövlətik və Rusiya ilə müsbət münasibətlərimiz var”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ərdoğan bildirib.

O əlavə edib ki, son vaxtlar Türkiyə Rusiya ilə xarici ticarətdə ideal göstəricilərə nail olub. Bundan əlavə, Rusiya Federasiyası Türkiyəyə gələn turistlərin sayına görə ənənəvi olaraq birinci yerdədir.

Xatırladaq ki, ABŞ Ticarət Nazirliyi Belarus və Rusiyaya ümumilikdə 1224 adda malın idxalına ixrac məhdudiyyətləri tətbiq edib. İndi onların çatdırılması Belarus və Rusiya daxilində transfer üçün ixrac və ya təkrar ixrac lisenziyası tələb edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə