Dünən elə, bu gün belə?
ABŞ prezidenti Cozef Bayden ukraynalı pilotların Amerika “F-16” qırıcılarında təlim keçməsini təsdiqləmək niyyətindədir.
Amma qeyd edək ki, hələlik bu barədə rəsmi açıqlama verilməsə də,.. bildirilir ki, pilotların hazırlığı Avropada baş tutacaq və yaxın həftələrdə başlaya bilər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ administrasiyası “F-16”ların üçüncü ölkələr tərəfindən Ukraynaya verilməsinə etiraz etməyəcək.
Yeri gəlmişkən, Kiyevi döyüş təyyarələri ilə təmin etməkdən imtina etdiyinə görə Ağ Ev təkcə avropalı müttəfiqlərin deyil, həm də ABŞ Konqresinin üzvlərinin təzyiqləri ilə üzləşib.
Qeyd edək ki, Kiyevə nə vaxt, haradan və neçə qırıcı təhvil veriləcəyini Bayden pilotların təlimi başlayandan sonra açıqlamaq niyyətindədir.
Onu da qeyd edək ki, Ukraynaya “F-16” qırıcılarının tədarükünü təmin etmək üçün bu həftə “beynəlxalq koalisiya” elan edilib. Böyük Britaniya, Hollandiya, Fransa və yəqin ki, bəzi digər Avropa ölkələri də orada iştirak edəcəklər. Yeri gəlmişkən, Hollandiya, Danimarka və Belçika artıq öz döyüş təyyarələrini Ukrayna ilə bölüşməyə hazır olduqlarını bəyan ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB