Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukraynada Qərb tərəfindən Ukraynaya verilən tükənmiş uran sursatlarının məhv edilməsindən sonra ortaya çıxan radioaktiv buludun Avropaya doğru irəlilədiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, sözügedən mövzu ilə bağlı N.Patruşev deyib: “Amerika Birləşmiş Ştatlarının təzyiqi altında Qərb Ukraynaya zəiflədilmiş uranlı döyüş sursatı ilə yardım edib. Bu sursatın məhv edilməsi nəticəsində yaranan radioaktiv bulud Qərbi Avropaya doğru yönəlib. Artıq Polşada radiasiya dərəcəsi artıb.
ABŞ Ukrayna ərazisində kimyəvi və bioloji silahlar istehsal edir”.
Xatırladaq ki, ötən həftə sonu Ukraynanın Xmelnitski şəhərində hərbi anbarda partlayış baş verib ki, burada İngiltərədən göndərilən tükənmiş uran sursatları var imiş. Partlayışdan sonra şəhərdə radiasiya dərəcəsi artıb. Amma yerli rəsmilər bu məlumatı təkzib edib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi Xmelnitskidə Ukrayna ordusuna məxsus arsenalın vurulması ilə bağlı xəbər paylaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB