Bu arada Polşada dekabrda Polşa ərazisinə düşən Rusiya raketinin döyüş başlığını tapıblar. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RMF FM radiosunun efirində Polşa prezidentinin administrasiyasının rəhbəri Pavel Şrot bildirib.
Polşanın mərkəzindəki Bıdqoş şəhəri yaxınlığındakı meşədə Rusiyaya məxsus raket başlığı tapılıb. Qeyd edilir ki, aprelin əvvəllərində bu raketin mərkəzi və quyruq hissələrinin fraqmentləri tapılmışdı.
Şrotun sözlərinə görə, döyüş başlığı betondan hazırlanıb və tərkibində heç bir partlayıcı maddə olmayıb.
Jurnalistin Rusiya raketini Polşa ərazisinin dərinliklərinə buraxan Polşa hərbçilərinin şəxsi nəticələri ilə bağlı sualına Şrot deyib ki, məsul generallardan heç biri, eləcə də müdafiə naziri istefa ərizəsi ilə müraciət etməyib.
Xatırladaq ki, hələ Nötən il noyabrın 15-də Rusiya ordusu Ukrayna enerjisini məhv etmək kampaniyası çərçivəsində Ukraynanı kütləvi atəşə tutmuşdu. Belə ki, həmin gün 90-dan çox müxtəlif tipli raket atılmışdı.
Və Polşada sərhədə yaxın ərazidə raketin düşdüyü və nəticədə iki polyak öldüyü məlum olmuşdu. Sonradan həmən raketlərin Ukraynaya məxsusluğu məlum olmuşdu.
Bəs onda indi tapılan Rusiya raketinin döyüş başlığı..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB