Belarusda daha iki Telegram kanalı ekstremist material kimi tanınıb. Bu barədə mayın 19-da Belarus Respublikası Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Telegram-da daha iki informasiya kanalının məzmunu ekstremist kimi tanınıb. Bu dəfə söhbət “Belarus Zamezjja” və “Belarusların Kiyevdə sərgüzəştləri” resurslarından gedir.
Qeyd olunur ki, Baranoviçi rayonlararası prokurorluğunun açıqlaması nəticəsində yuxarıda qeyd olunan Telegram kanallarının informasiya məhsulları məhkəmə tərəfindən ekstremist material kimi tanınıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB