Rusiya Baş Prokurorluğu yeni bir “arzuolunmaz təşkilat” tapıb

Rusiya Baş Prokurorluğu yeni bir “arzuolunmaz təşkilat”  tapıb

Bu arada Rusiya Baş Prokurorluğu “Greenpeace”i “arzuolunmaz təşkilat” kimi tanıyıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, təbiətin mühafizəsi üzrə ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Prokurorluğun fikrincə, “Greenpeace”in fəaliyyəti Rusiya Federasiyasının konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə təhlükə yaradır.

Nazirlik həmçinin qeyd edib ki, Rusiya Federasiyasına münasibətdə “Greenpeace”in ekoloji fəaliyyəti əslində siyasi mövqenin fəal təşviqi, dövlətin daxili işlərinə müdaxilə cəhdləri ilə müşayiət olunur və onun iqtisadi əsaslarını sarsıtmağa yönəlib.

“Greenpeace”in işi çox vaxt mənfi ictimai rəy formalaşdırmaq və enerji layihələrinin həyata keçirilməsinin qarşısını almaq üçün hakimiyyət orqanları ilə razılaşdırılmayan informasiya kampaniyaları və kütləvi ictimai aksiyalar təşkil etməklə Rusiya dövlət proqramlarının həyata keçirilməsinə mane olmaq ilə bağlıdır.

Rusiya Federasiyasının Baş Prokurorluğu bildirir bunu.

Nəzarət orqanı əlavə edib ki, “Greenpeace” Rusiya təşkilatlarının - xarici agentlərin fəaliyyətini maliyyələşdirir, cəmiyyətimizin və vətəndaşlarımızın mənafeyinə xələl gətirən Rusiya qanunvericiliyində dəyişikliklər tələb edir.

Maaraqlıdıtr ki, bunları bəyan edən Rusiya Federasiyasının Baş Prokurorluğu hələ ki, ittihamların heç bir təsdiqini təqdim etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə