G7 ölkələri Ukrayna və Rusiya ilə bağlı bəyanat qəbul ediblər

G7 ölkələri Ukrayna və Rusiya ilə bağlı bəyanat qəbul ediblər

G7 ölkələrinin liderləri Xirosimada keçirilən sammitdə Ukrayna və Rusiyanın təcavüzü ilə bağlı bəyanat qəbul ediblər. Qeyd edək ki, bəyanat 11 maddədən ibarətdir. SİA-nın əldə etdiyi məlumata görə, sənəd Ağ Evin saytında dərc olunub.

Yeri gəlmişkən G7 ölkələri Ukraynanı tam dəstəklədiklərini bildirirlər. Rusiyanın müharibəsi qeyri-qanuni və yırtıcı adlandırılıb.

Sənəddə vurğulanır ki, Rusiya Ukraynaya hücum etməklə beynəlxalq hüququ və BMT Nizamnaməsini pozub. G7 Rusiya qoşunlarının Ukrayna ərazisindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

G7 liderlərini xüsusilə narahat edən Ukraynanın nüvə təhlükəsizliyi və xüsusən də Zaporojye AES-dir.

Ölkələr MAQATE-nin bu sahədəki səylərini dəstəkləyir və digər dövlətləri də buna həvəsləndirirlər.

G7 ölkələrinin liderləri Ukraynaya həm hərbi, həm də Beynəlxalq Valyuta Fondu vasitəsilə iqtisadi dəstəyi əsirgəməyib davam edəcəklərini bildiriblər.

Və eyni zamanda, G7 ölkələri Ukraynanın korrupsiyaya qarşı mübarizəsini və məhkəmə islahatlarını təşviq edəcəklərini də bəyan ediblər.

Və ən nəhayət G7 ölkələri Avropa Şurası çərçivəsində Ukraynaya dəymiş ziyanın reyestrinin yaradılmasını alqışlayırlar. Rusiya ona təzminat ödəməyə borclu olacaq. G7 öz ölkələrində yerləşən Rusiya aktivlərini donduracaq və mümkünsə müsadirə edəcəklər.

G7 ölkələri Ukraynanı dəstəkləməklə paralel olaraq həssas ölkələrin ərzaq və enerji təhlükəsizliyini təmin etmək üçün səyləri inkişaf etdirəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə