“Dünyanın 54-dən çox ölkəsi Rusiyaya qarşı mübarizə aparır” - POLİTOLOQ ŞƏRH ETDİ

“Dünyanın 54-dən çox ölkəsi Rusiyaya qarşı mübarizə aparır” - POLİTOLOQ ŞƏRH ETDİ

“Artıq 450-ci gündür ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Bu müddət ərzində hər iki tərəf böyük sayda canlı qüvvə itirib. Rusiya Ukraynaya hücum nəticəsində özünü bir tələyə saldı. Qərb, o cümlədən Amerika çoxdandır ki, Rusiyanı məhv etmək üçün müxtəlid planlar hazırlayırdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, onlar Rusiyanın Ukraynaya hücum etməsini gözləyirdilər: “Bu planları baş tutduqdan sonra isə dünyanın 54-dən çox ölkəsi birləşərək bu gün Rusiyaya qarşı mübarizə aparır. Bu mübarizədə isə Ukraynaya istənilən baxımdan yardımlar edilir. Artıq Ukrayanaya ən güclü raketlərin verilməsi söhbəti gedir. Yəni getdikcə müharibə daha da şiddətlənir. Təəssüf ki, bu müharibədə həm Rusiya, həm də Ukrayna xalqı çox əziyyət çəkir. Müharibənin tezliklə bitəcəyini demək çox çətindir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə