İtaliyanın şimalındakı Emilia-Romana bölgəsində ötən çərşənbə günü təsirli olan leysan yağışların səbəb olduğu sel fəlakətində can itkisi artır. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər, axtarış-xilasetmə işləri zamanı daha çox adamın cəsədlərinin tapıldığını, həyatını itirənlərin sayının isə 13-ə yüksəldiyini açıqlayıb.
İtaliyanın Emilia-Romanya bölgəsində güclü yağışlar nəticəsində ən azı 20 çay daşıb, çoxlu sayda yaşayış məntəqələri və əkin sahələri su altında qalıb. Bölgədə 280-ə yaxın sürüşmə baş verib. Evlərində qapalı qalanlar vertolyotlarla xilas edilib və Emilia-Romanya Muxtar Hökumətinin prezidenti Stefano Bonaccini Bolonyadan 3000, Faenza və Ravennadan 5 min olmaqla ümumilikdə 13 min insanın təxliyə edildiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB