Yıldırımdan Oğana MESAJ

AK Partiya sədr müavini Binəli Yıldırım qatıldığı televiziya proqramında seçkidən dərhal sonra ATA ittifaqının namizədi Sinan Oğanla keçirdiyi telefon danışığından danışıb. SİA "CNN Türk"ə istinadla xəbər verir, o, Oğanı təbrik etmək üçün zəng etdiyini deyib: "Hazırda Sinan Oğanın çoxlu müştərisi var. Bəylə danışıqların aparılması üçün qərarı mən verə bilmərəm. Sinan bəyin də çox yuxarıdan getməməsi lazımdır. Topladığınız səsi satmağa çalışsanız, ticarətə çevirsəniz, o seçici sizə çox "xoş gəldin" deməz. Deyər ki, sən nə edirsən qardaş, mənim səsimi bazarlıq etmək haqqını sənə kim verib?".

"Sinan Oğana təbrik etmək üçün zəng etdim. Sizin fikirlərinizlə bizim fikirləriniz arasında cüzi fərq var dedim," - B. Yıldırım əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə