Maraqlıdır, niyə Çin prezidenti “Sibirin gücü-2”-yə dəstək vermədi?

Maraqlıdır, niyə Çin prezidenti “Sibirin gücü-2”-yə dəstək vermədi?

Çin Vladivostokdan daxili ticarət üçün tranzit liman kimi istifadə edəcək.

SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəliyi Çinin Baş Gömrük İdarəsinə istinadən məlumat yayıb.

Beləliklə, Vladivostokun daxili liman kimi istifadəsi şimaldakı Jilin və Heilongjiang əyalətlərindən gələn malların logistikasını yaxşılaşdıracaq. İndi yük Çinin cənubundakı limanlara təxminən 1000 km məsafədə çatdırılır. Vladivostoka gedən marşrut vahid gömrük zonası çərçivəsində təxminən 200 km olacaq. Logistika sahəsində dəyişiklik Çinin şimal ərazilərinin sənayesini canlandırmaq planının bir hissəsidir.

Maraqlıdır ki, “Vpost” nəşrinin ekspertləri, Vladivostokun yeni yük axınının öhdəsindən gəlib-gəlməyəcəyinin hələ aydın olmadığını bildiriblər.

Yeri gəlmişkən, Rusiya ilə Çin arasında əməkdaşlıq Ukraynada müharibə başlayandan bəri xeyli intensivləşib. Belə ki, Çin 2022-ci ilin iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan qızıl alışını 50 dəfə artırıb. Platinin tədarükü isə 300 dəfə artıb.

Amma maraqlıdır o vaxt Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Çinə ildə 50 milyard ton qaz tədarük etməyi planlaşdıran “Sibirin gücü-2” layihəsini dəstəkləməkdən niyə imtina etdi?

Mənə elə gəlir ki, burada əsas əmma kəmərin Monqolustan ərazisindən keçməsidir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə