Corciyadan olan respublikaçı konqresmen Marjorie Taylor Qrin ABŞ Konqresində Baydenin impiçmentini qaldırmaq niyyətini açıqlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə videomüraciəti Nümayəndələr Palatasının üzvü öz Twitter səhifəsində dərc edib.
Beləliklə, Respublikaçılar Partiyasından olan parlamentari Marjorie Taylor Qrin Konqresdə ABŞ prezidenti Cozef Baydenin birbaşa rəsmi vəzifələrini yerinə yetirməməsi, dövlət sərhədlərinin mühafizəsini təmin etməməsi səbəbindən onun impiçment proseduruna başlamaq niyyətində olduğunu bildirib.
“Böyük ciddiliklə mən bu gün Amerikanın 2021-ci il yanvarın 20-dən bu ölkəni sistematik şəkildə məhv etmək üçün çalışan sonuncu icra başçısına, ABŞ prezidenti Cozef Baydenə qarşı impiçment maddəsini təqdim etmək niyyətimi elan edirəm”-deyən Konqresmen xanımın sözlərinə görə, Ağ Ev rəhbəri Meksika ilə sərhəddə immiqrasiya qaydalarını tətbiq etmir və bununla da ABŞ-ın milli təhlükəsizliyini kifayət qədər...özü də qəsdən təhlükə altına alır.
Qrinin fikrincə, ABŞ prezidenti Cozef Bayden konstitusion vəzifəsini pozur ki, bu da milli təhlükəsizliyimizə birbaşa təhdiddir.
Xatırladaq ki, Qrin daha əvvəl Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey və Kolumbiya dairəsinin vəkili Metyu Qreyvsin istefasına nail olmaq niyyətində olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB