...Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynadan olan qaçqınlara qarşı miqrasiya siyasətini tənqid edən Fransa prezidenti Emmanuel Makronu “əngini əzməklə” hədələyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə mayın 18-də Böyük Britaniya baş nazirinin keçmiş mətbuat katibi Quto Harri məlumat verib.
Beləliklə, Harrinin sözlərinə görə, Boris Consonun qəzəbinə Britaniya mətbuatında Böyük Britaniya hökumətinin ukraynalı qaçqınlara qarşı miqrasiya siyasətini tənqid edən nəşrlər səbəb olub.
Amma bu tənqidə Fransa rəhbəri Emmanuel Makron da qoşulduqdan sonra siyasətçi qəzəblənib. Bundan əlavə, Conson Fransa liderinin, “saman altına su yeritməsinə”, yəni Moskvaya Vladimir Putinlə görüşməkdən qəzəblənib.
Keçmiş mətbuat katibinin sözlərinə görə, Britaniyanın keçmiş baş naziri Makronu ekssentrik və “Putinin fırıldaqçısı” adlandırıb. Conson, həmçinin Fransanın rəhbərini “nokauta salmaqla” hədələyib.
Amma maraqlıdır ki, bütün bu “qalmaqaldan” bir neçə həftədən sonra siyasətçilər arasında münasibətlər normallaşıb və hətta bir yerdə viski də içiblər.
Xatırladaq ki, Boris Conson 2022-ci il iyulun 7-də Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının rəhbəri postunu tərk edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB