BMT Zelenski ofisinin nümayəndəsi Mixail Podolyakın ruslara qarşı fiziki repressiyalarla bağlı hədələrini şərh edərək, Ukrayna ərazisində münaqişənin həllinə heç bir şəkildə töhfə verməyən ritorikadan çəkinməyə çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq brifinqdə deyib.
Beləliklə, BMT Ukrayna ərazisində münaqişənin həllinə mane ola biləcək ritorikadan çəkinməyə çağırıb.
Qeyd edək ki, BMT baş katibinin mətbuat katibinin müavini jurnalistlərin niyə BMT-nin bu cür bəyanatlara cavab vermədiyi sualını cavablandırarkən deyib: “Təkcə bu vəziyyətdə deyil, münaqişələrlə bağlı bütün situasiyalarda müxtəlif tərəfdən ritorika var. Biz buna cavab vermirik. Bu və ya digər şəkildə biz bütün situasiyalarda tərəfləri kömək etməyən ritorikadan çəkinməyə çağırırıq”.
Xatırladaq ki, bir müddət bundan əvvəl sosial şəbəkədəki səhifəsində ukraynalı siyasətçi Mixail Podolyak Ukraynada Rusiyaya nifrət etdiklərini, bundan sonra rusları həmişə və hər yerdə təqib edəcəklərini, həmçinin onlardan qanuni və ya fiziki şəkildə intiqam alacaqlarını yazmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB