Rusiya Ukrayna Silahlı Qüvvələrinin qarşıdan gələn əks-hücum əməliyyatı zamanı əcnəbi uşaqlardan canlı qalxan kimi istifadə etmək niyyətindədir. Bu məqsədlə Rusiya Federasiyası əcnəbi uşaqlar üçün Krıma qrup turları təşkil etməyə çalışır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Litva Seyminin deputatı Laurinas Kaşşunas danışıb.
Onun sözlərinə görə, indi dünyanın müxtəlif ölkələrində ruslar yaxın gələcəkdə Krıma səfər etmək üçün uşaq qrupları təşkil etməyə çalışırlar. Bəzilərinə adi istirahət, digərlərinə isə müxtəlif mədəni-maarif tədbirləri təklif olunur.
Kaşşunas iddia edir ki, musiqi müsabiqəsi adı altında qaliblərdən ibarət qruplar – Qazaxıstan, İsrail, Belçika, Mərakeş, Tacikistan, Misir, Ermənistan və digər ölkələrdən on iki-on üç yaş arası uşaqlar Krımda yerləşən “Artek” uşaq düşərgəsinə getməyə dəvət olunurlar.
Onun dediyinə görə, digər tədbirlər də təşkil olunacağı bildirilir.
Qeyd edək ki, Kaşşunas adıçəkilən və digər ölkələrin hökumətlərini öz vətəndaşlarını qorumaq üçün təcili tədbirlər görməyə və uşaqların hərbi məqsədlər üçün rus girovu kimi istifadəsinin qarşısını almağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB