Son beş ildə 50 mindən çox elm adamı Rusiyanı tərk edib

Son beş ildə 50 mindən çox elm adamı Rusiyanı tərk edib

Bu arada Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin sədri Valentin Parmon, son beş ildə 50 min tədqiqatçının Rusiyanı tərk etdiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu deyən sibirli alim amma dediklərinin mənbəyini açıqlamayıb

Onun sözlərinə görə, bu müddət ərzində heç bir başqa ölkə elmi sahədə bu qədər işçi itirməyib.

Qeyd edək ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra yüz minlərlə rus Rusiyanı tərk edib. “OK Russ” qeyri-kommersiya təşkilatının hesablamalarına görə, payız səfərbərliyinə qədər Rusiyanı 300 minə yaxın insan tərk edib. Müstəqil demoqraf Aleksey Rakşanın fikrincə, yeni səfərbərlik başlayacağı təqdirdə eyni, bəlkə də daha çox sayda insanın ölkədən çıxa bilmə ehtimalı var.

2022-ci ildə “OK Russ” qeyri-kommersiya təşkilatı ilə birgə miqrantları tədqiq edən sosioloq Marqarita Zavadskaya akademiklərin payını yaz və yay aylarında gedənlərin ümumi sayının təxminən 12 faizi kimi qiymətləndirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə