Erməni konyakı Rusiya mağazalarından yoxa çıxa bilər

Erməni konyakı Rusiya mağazalarından yoxa çıxa bilər

Fransanın “Pernod Ricard” şirkətinə məxsus İrəvan brendi fabriki Rusiyaya məhsul ixracını dayandıra bilər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.

Beləliklə, onun sözlərinə görə, rəsmi məlumat almasa da, hadisələrin belə inkişafı ehtimalı var. O əlavə edib ki, bu, üzüm alışına təsir edəcək problemlər yaradacaq.

Yeri gəlmişkən xatırladaq ki, hələ aprelin sonunda “Pernod Ricard” bütün beynəlxalq brend məhsullarının Rusiyaya ixracını dayandırdığını elan etmişdi.

Bundan əlavə şirkət məhsullarının ölkədə yayılmasını dayandıracağının da anonsunu vermişdi. Qeyd edək ki, hazırda şirkətin portfelinə “Absolut” arağı, “Havana Club” romu, “Mumm” və “Perrier Jouet” şampanları və “Ararat” konyakları daxil olmaqla onlarla brend daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə