“Çox güman ki, düşmən özünü tələyə salmağa davam edəcək”

“Çox güman ki, düşmən özünü  tələyə salmağa davam edəcək”

Ukrayna Silahlı Qüvvələri Baxmutdakı dominant yüksəkliklərdən birini tuta bilib.

İndi rusların bütün mövqeləri görünür və ukraynalılar üçün əlverişli şərait yaranıb.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko Telegram-da qeyd edib.

Onun dediyinə görə, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri şimal-qərb sektorunda Berexovkaya yaxın, su anbarı boyunca irəliləməyə nail olublr. Cənub-qərb vektoru boyunca özüyeriyən artilleriya qurğuları Kleşievka istiqamətində irəliləyərək və burada sərfəli xətt tutublar.

Özüyeriyən artilleriya qurğularının bu mərhələdə 1 nömrəli məqsədi dominant yüksəkliklərə nəzarət etmək idi və bu vəzifənin tamamlandığını söyləyə bilərik.

Bunu deyən Kovalenkonun sözlərinə görə, yaxın gələcəkdə Rusiya Federasiyası komandanlığının Baxmutu tərk etməkdən başqa çıxış yolu yoxdur. Lakin öz axmaqlıqlarına görə düşmən çox güman ki, özünü tələyə salmağa davam edəcək.

Hazırda rusların tələyə sürükləndiklərini etiraf etməkdən imtina etməsi faktı indi onların Baxmuta əlavə qüvvələr cəmləşdirdiklərini göstərir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə