NATO Rusiya ilə münaqişə vəziyyətində genişmiqyaslı müdafiə planları hazırlayır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mayın 18-də “Reuters” agentliyi məlumat yayıb.
Beləliklə, NATO Soyuq Müharibədən sonra ilk dəfə olaraq Rusiya ilə münaqişə vəziyyətində müdafiə planları hazırlayacaq.
“Reuters”un yazdığına görə, əvvəllərr NATO Əfqanıstan və ya İraq müharibəsi kimi daha kiçik münaqişələrdə iştirak etdiyi üçün, bu cür hərbi planlar hazırlamağa ehtiyac görmürmüş.
Qeyd edilir ki, bundan əvvəl NATO postsovet Rusiyasının heç bir təhlükə yaratmadığına əmin imiş, lakin Ukraynadakı Rusiya xüsusi hərbi əməliyyatı blokun rəhbərliyini müdafiə planlarının hazırlanması ilə məşğul olmağa məcbur edib.
“Böhran idarəetməsi ilə kollektiv müdafiə arasındakı əsas fərq budur: vaxtı biz yox, rəqibimiz müəyyən edir. Münaqişə hər an yarana bilər, ona görə də biz hazır olmalıyıq”.
“Reuters” agentliyinin yazdığına görə, bunu admiral Rob Bauer bildirib.
Maraqlıdır ki, Alyansda artıq müttəfiqlər üçün nəzərdə tutulmuş qüvvələrin modernləşdirilməsi və maddi-texniki təchizatı üçün təlimat hazırlamağa da başlayıblar.
NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, “yüksək məxfi sənədlər” müəyyən bölgələri qorumaq üçün müəyyən qoşunların ayrılmasına imkan verəcək: “Müttəfiqlər dəqiq biləcəklər ki, hansı qüvvələrə ehtiyac var, nə, necə və harada yerləşdirilməlidir”.
Yeri gəlmişkən, iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammit Şimali Atlantika Alyansı ölkələrinin “minlərlə səhifəlik” hərbi planları təsdiqlənmək niyyətindədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB