Abxaziyada ictimai yerlərdə “ətcəbala” görünmək qadağan ediləcək

Abxaziyada ictimai yerlərdə “ətcəbala” görünmək qadağan ediləcək

Abxaziya qonaq və sakinlərinə ictimai yerlərdə qeyri-münasib geyimlərdə, yəni loru dillə desək “ətcəbala” gəzməyi qadağan edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri özünü respublika elan etmiş "ölkə"nin parlamentindən bildirilib.

Qeyd edək ki, Abxaziyanın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsinə bir gün əvvəl, mayın 17-də dövlət və hüquq siyasəti komitəsinin iclasında baxılıb.

Belə ki, komitə üzvləri qanun layihəsinin ikinci oxunuşda qəbul olunmasını sessiyanın növbəti iclasında parlamentə tövsiyə etmək qərarına gəliblər.

Qeyd edək ki, bunu da “ölkə”nin qanunverici orqanından bildiriblər.

Maraqlıdır ki, digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.

Yeri gəlmişkən xatırladaq ki, hələ 2016-cı ildə “Exo of Caucasus” nəşri ictimai yerlərdə çimərlik geyimində olmağa görə cərimələrin tətbiqi təklifi barədə yazmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə